Əhməd Əhməd Nuəynə 1954-cü ilin Mart ayının 15-də Misrin "Kəfər Şeyx" əlayətinin Mətbus şəhərində anadan olub. İskəndəriyyə şəhərində tibb elmləri üzrə təhsil alıb və İksəndəriyyə universitetinin tibbi tədqiqat xəstəxanasında işləyib.
Nuəynə 8 yaşında ikən Quranı əzbərləyib. Təcvid qaydalarını 10 məşhur qiraət əsasında öyrənib. 10 il Misrin "əs-Simak" məscidində Quran tilavət edib. 1985-ci ildə Dehlinin Quran yarışlarında birinci yeri qazanıb.
Ömrünün 66-cı baharında olan bu qari indiyədək bir çox ölkələrdə Quran tilavət edib, Asiya və Avropa ölkələrinin Quran yarışlarında beynəlxalq hakim kimi iştirak edib.
Aşağıdakı videoda Nuəynənin birnəfəsə tilavətini təqdim edirik. O, bu videoada Qurani-Kərimin Müzəmmil surəsinin ilk dörd ayəsini birnəfəsə qiraər edir. /3911658